La Liqa: “Betis” 3 xalı 3 qolla qazanıb
20.09.2025 - 01:03
La Liqa: “Betis” 3 xalı 3 qolla qazanıb

İspaniya La Liqasında V tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün bir matç keçirilib.

"Real Betis" öz meydanında "Real Sosyedad"ı qəbul edib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya La Liqası
V tur
23:00. “Real Betis” - “Real Sosyedad” - 3:1