Azərbaycan Taekvondo Federasiyası tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətinin təqdimatı keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-in baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi rəsmi şəkildə idmançılara təqdim olunub.
Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.
Qeyd edək ki, bu təyinatlar deflimpiya yığmasının qarşıdakı beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlaşmasına xidmət edəcək.
- “Santos” Neymarı heyətində saxladı - RƏSMİ
- Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu
- İtaliyada dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib
- “Barsa” mövsümdə ilk transferini reallaşdırıb - RƏSMİ
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək