Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsində “Olympiacos Piraeus” - “Asterix Avo Beveren” oyununda iştirak edəcək.
Nərgiz İsmayılova bu gün Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Dejan Rogiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.
- “Arsenal”da mövsümün ən yaxşısı müəyyənləşdi
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- Avropa Liqasının qalibi “Əl-İttihad”a transfer ola bilər