Arda Güler son transfer xəbərləri
İspaniya La Liqası komandalarından “Real Madrid”in üzvü Arda Güler karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bavariya” türkiyəli futbolçu ilə yaxından maraqlanır.
“Bavariya” Arda Güler üçün nə qədər ödəyəcək?
Bildirilib ki, Bavyera təmsilçisi oyunçu üçün 50 milyon avronu gözdən çıxarıb.
“Fənərbaxça” Arda Güler transferindən nə qədər qazanacaq?
“Kral klubu” Ardanın keçidinə razılıq versə, “Fənər” bu transferdən 10 milyon avro gəlir əldə edəcək.
Xatırladaq ki, Türkiyə millisinin üzvü 2023-cü ildə İstanbul təmsilçisindən 20 milyon avro + sonrakı satışdan 20 faiz pay şərtilə “Real”a transfer olmuşdu.
Qeyd edək ki, Arda bu mövsüm “kral klubu”nun heyətində iştirak etdiyi 27 rəsmi matçda 3 qol, 5 assistlə yadda qalıb.
- “Fənərbaxça” istəyinə nail oldu - KANTE İSTANBULA GƏLİR
- Türkiyə millisinin qolkiperi “Monako”nun radarında
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- İslamiada: Millimiz qrup mərhələsini lider tamamlayıb
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO