Andrea Pirlo BƏƏ klubunda - RƏSMİ
25.07.2025 - 12:28
İtaliya futbolunun əfsanələrindən biri olan Andrea Pirlonun yeni iş yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis məşqçilik karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. O, “Dubay Yunayted” klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, Andrea Pirlo bundan əvvəl “Yuventus” (İtaliya), “Fatih Karagümrük” (Türkiyə) və “Sampdoriya” (İtaliya) kimi klublarda baş məşqçi kimi çalışıb.
- Super Liqa: “Beşiktaş” İzmir səfərindən xalsız qayıdır
- “Botafoqo” “Qarabağ”ın futbolçusundan imtina etdi - SON DƏQİQƏ
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- “Fənərbaxça” – “Trabzonspor” oyununun saatı dəyişdirilib: MİLLİ MATÇA GÖRƏ
- Sabiq "Fənər"li "Amedspor"da - RƏSMİ
0
0