Argentina millisinin üzvü "Atletiko"da - 21 milyon avro ödəyəcək
18.07.2025 - 13:07
“Atletiko Madrid” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi “Botafoqo” klubundan Tiaqo Almadanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Atletiko” bu keçid üçün Braziliya klubuna 21 milyon avro ödəyəcək. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Almada ötən mövsümü icarə əsasında Fransanın “Lion” klubunda keçirib.
- Türkiyə Sloveniyaya məğlub oldu
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- “Arsenal”ın müdafiəçisi “Seltik” yolunda
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB
- PSJ Çempionlar Liqası tarixinə düşdü - Turnirdə ilk dəfə
0
0