"Arsenal" olimpiya çempionunu heyətinə qatıb - RƏSMİ
25.07.2025 - 10:54
Qarşıdakı mövsümdə İngiltərə Premyer Liqasını qazanmağı hədəfləyən "Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "topçular" "Valensiya" klubunda çıxış edən 21 yaşlı Kristian Moskeranı transfer edib.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
"Arsenal" bu transferə görə La Liqa təmsilçisinə 15 milyon avro ödəyəcək. İspaniyalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Kristian Moskera Paris-2024 Yay Olimpiya Oyunlarında İspaniya millisinin heyətində qızıl medal qazanıb.
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Gəncə futbolu üçün şad xəbər: İlqar Nadiri dövrü rəsmən başa çatdı
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- Liqa Kuboku: “Brentford”dan darmadağın, “Fulhem” penaltilərlə mərhələ adladı
- “Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ
0
0