"Atalanta"nın forvardı "Beşiktaş"da
25.08.2025 - 13:51
"Atalanta"nın forvardı Əl-Bilal Ture karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu "Beşiktaş"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Mali millisinin üzvü bir illik icarə əsasında "qara qartallar"ın şərəfini qoruyacaq. Oyunçunun müqaviləsində satınalma bəndi də yer alacaq.
Qeyd edək ki, Əl-Bilal Ture ötən mövsümü icarə əsasında "Ştutqart"da keçirib.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Yuventus” daha bir “fənərli”yə “göz dikdi” – rəsmi təklif göndərildi
- Dambrauskas: “Mərhələni keçməyə qadirik”
- Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ
- "Fənər" səfərdə məğlub oldu – Timberdən “İkardi” sevinci - VİDEO
0
0