Bellinqem 100-ə çatıb
10.07.2025 - 10:33
Bellinqem 100-ə çatıb

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem "kral klubu"nun heyətində 100-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu bu göstəriciyə ötən gün FİFA Klublararası Dünya Çempionatının yarımfinal mərhələsində PSJ-yə 0:4 hesabı ilə uduzduqları görüşdə çatıb.

İspaniya təmsilçisinin əsas oyunçularından biri hesab olunan Bellinqem bu 100 qarşılaşmada 38 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Cud 2023-cü ildə "Borussiya Dortmund"dan 103 milyon avro qarşılığında "Real Madrid"ə transfer olunub. O, Madrid klubu ilə 1 dəfə La Liqanın, 1 dəfə UEFA Çempionlar Liqasının və 1 dəfə də UEFA Superkubokunun qalibi olub.