Berke Özerdən daha bir rekord - AVROLİQA TARİXİNDƏ İLK
12.12.2025 - 02:14
“Lill” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Yanq Boys”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi gərgin keçən matçda rəqibinə minimal hesabla məğlub olub – 0:1.
Oyunu 4 qurtarışla başa vuran qonaqların qapıçısı Berke Özer Avropa Liqasının tarixinə düşüb.
Belə ki, 25 yaşlı qolkiper görüşün 34-cü dəqiqəsində qapısına təyin olunan penalti zərbəsini dəf edib. Bununla da o, Avropa Liqasının tarixində bir mövsümdə 3 penalti zərbəsini qaytaran ilk qapıçı olub.
Qeyd edək ki, Berke bu ilin yayında “Göztəpə”dən “Lill”ə 4,5 milyon avroya transfer olunub.
- La Liqa: Mbappe “Real”a 3 xalı qazandırdı
- Valdas Dambrauskas: “Vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq"
- Everesti fəth edən ilk qadın alpinist: “Heç yerdə belə münasibət görməmişəm”
- “Şaxtyor”un futbolçusu Premyer Liqaya doğru - “Neftçi”nin maraq dairəsində
- Leandro Andrade: “Atletik”lə qarşılaşma asan olmayacaq”
0
0