“Beşiktaş”dan “Verona”ya - RƏSMİ
29.08.2025 - 18:47
"Beşiktaş" daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, "qara qartallar"ın yarımmüdafiəçisi Əl-Musrati "Verona"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi liviyalı futbolçunu bir illik icarə əsasında heyətinə qatıb. İstanbul klubu bu keçidə görə 2 milyon avro gəlir əldə edib. Futbolçunun müqaviləsində 7 milyon avroluq satınalma bəndi də yer alıb.
Qeyd edək ki, "Beşiktaş" bir neçə gün əvvəl digər yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn ilə də yollarını ayırmışdı.
- "Sumqayıt" futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- “Turan Tovuz” məğlub oldu - YENİLƏNİB
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
0
0