Bir dövrün sonu - XORVATİYALI "REAL"DAN AYRILIR - RƏSMİ
22.05.2025 - 18:20

İspaniya La Liqası təmsilçilərindən "Real Madrid"in ulduz futbolçusu Luka Modriç komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kral klubu" 39 yaşlı futbolçu ilə mövsümün sonunda bitəcək müqaviləni yeniləməmək qərarına gəlib.
Xatırladaq ki, yarımmüdafiəçi "Real"a 2012-ci ildə "Tottenhem"dən 35 milyon avroya transfer olunmuşdu.
Xorvatiya millisinin üzvü Madrid təmsilçisinin heyətində 590 matça çıxıb, 43 qol vurub və 95 assistlə yadda qalıb.
- “Real” ingiltərəli müdafiəçi ilə maraqlanır
- Futbol veteranları “Baku Sporting” - “İmişli” matçında - FOTO
- Millimizin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bəlli olub
- Braziliya millisində bir ilk – əcnəbi baş məşqçi rəhbərlik edə bilər
- Adil Şükürov: “Bizə hədəfi vurmaq üçün bir atış şansı verilir”
0
0