“Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək
24.12.2025 - 01:43
“Bornmut”un futbolçusu Antuan Semenyo Premyer Liqada klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, 25 yaşlı vinger “Mançester Siti”yə transfer olunacaq.
Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, artıq hər iki klub arasında razılaşma əldə olunub.
Qeyd edək ki, Semenyo bu mövsüm “Bornmut”la Premyer Liqada 16 oyunda iştirak edərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- “Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Valdas Dambrauskas: “Vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq"
- “Beşiktaş”ın yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- Qurban Qurbanov: “Üç xal “Sumqayıt”ın haqqı idi”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
0
0