“Çelsi” təqdirəlayiq addımı ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, “zadəganlar” bir müddət əvvəl avtomobil qəzasında həlak olan “Liverpul”un sabiq futbolçusu Dioqo Jota və qardaşı Andre Silvanın ailələrinə yardım edəcək.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, londonlular FIFA Klublararası Dünya Çempionatında futbolçulara ödənilən 11,4 milyon funt-sterlinqlik bonusların bir hissəsindən istifadə edərək hər iki oyunçunun ailəsinə maliyyə yardımı göstərəcək.
Qeyd edək ki, “Çelsi” dünya çempionatının finalında Fransanın PSJ klubunu 3:0 hesabı ilə məğlub etməyi bacarmışdı.
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB
- “Atalanta”nın yeni baş məşqçisi bəlli olub
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- Millimiz Şimali Makedoniyaya yola düşüb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib