"Qalatasaray" klubunun prezidenti Dursun Özbek Boğaziçi Universitetində keçirilən “İdman Zirvəsi” tədbirində tələbələrin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki. yığıncaqda tələbələrdən biri Özbekə “Messini bir gün "Qalatasaray" formasında görə biləcəyik?” sualını ünvanlayıb.
Klub prezidenti bu suala belə cavab verib:
“Səviyyəmizi yüksəltmişik, buna görə də indi Messi ilə bağlı sual verməyiniz normaldır. Yaxşı bir maliyyə tarazlığı qurduq və bu tarazlığı poza biləcək heç bir addım atmırıq. Bütün fəaliyyətlərimiz maliyyə imkanlarımız çərçivəsindədir. Yaxşı bir komanda qurmuşuq, Avropada da hədəflərimiz var və onlara çatmaq üçün lazım olan hər şeyi edəcəyik".
- "Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
- Ançelottinin oğlu Braziliya klubunda - RƏSMİ
- Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
- “Qalatasaray”dan ayrıldı - SABİQ KLUBUNA GERİ QAYITDI
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”