Edson Alvarez rəsmən “Fənər”də
23.08.2025 - 13:14
"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vest Hem" forması geyinən Edson Alvarezi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi bir illik icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Futbolçu yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Meksika millisinin üzvü olan Edson ötən mövsüm "Vest Hem"in heyətində çıxış etdiyi 31 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”
- AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb
- Qabon millisinə sərt cəza: yığmanın fəaliyyəti dayandırıldı
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- “Araz-Naxçıvan”dan inamlı qələbə - YENİLƏNİB
0
0