Adı mərc qalmaqalı ilə hallanan “Qalatasaray”ın futbolçusu Eren Ermalı sosial media hesabında açıqlama yayıb.
Apasport.az xəbər verir ki, türkiyəli müdafiəçi paylaşımında təxminən beş il əvvəl, formasını geyindiyi klubdan kənar bir qarşılaşma ilə bağlı mərc əməliyyatı etdiyini etiraf edib:
“Bu məsələ ilə adımın hallanmasının səbəbi, təxminən beş il əvvəl, öz komandamla əlaqəsi olmayan bir oyuna mərc etməyimdir. O gündən bəri nə mərc oynamışam, nə də bu mövzu ilə hər hansı əlaqəm olub. Karyeram boyu nə etik qaydalara, nə də klublarımın dəyərlərinə zidd hərəkət etmişəm. Ailəmə, klubuma və azarkeşlərimizə qarşı heç vaxt utanc duymaq istəməmişəm. Həmişə şəffaf olmuşam, bundan sonra da eyni prinsiplərlə davam edəcəyəm”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.
- “Kasımpaşa” “Fənərbaxça”nın daha bir futbolçusunu heyətinə qatıb
- “Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
- "Real"ın 3 futbolçusu zədəsini sağaldıb - "Bavariya"ya qarşı oynayacaqlar
- ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır
- Argentina millisinin üzvü daha 5 il "Bayer"də