“Fənər”in maraqlandığı futbolçu Niderland klubunda qalacaq
24.12.2025 - 22:54
“Fənərbaxça”nın maraqlandığı Coyi Verman PSV-də qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland təmsilçisindən verilən açıqlamada 27 yaşlı futbolçunun mövsümün sonuna qədər komandanın uğurları üçün mübarizə aparacağı bildirilib.
Xatırladaq ki, Niderland millisinin üzvü bir müddət əvvəl “Fənərbaxça” ilə danışıqlar aparmaq üçün İstanbula gəlmişdi.
Qeyd edək ki, Verman bu mövsüm PSV-nin heyətində 22 rəsmi matçda iştirak edərək 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”
- “Yuventus” daha bir “fənərli”yə “göz dikdi” – rəsmi təklif göndərildi
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- "Araz"ın rəqibi "Real"ın sabiq üzvünü transfer edib
- “Əl-Nəsr”dən darmadağın: Ronaldo akrobatik qolla səhnədə - VİDEO
0
0