“Fənər”in müdafiəçisi İtaliya yolunda
29.08.2025 - 23:36

"Fənərbaxça"nın heyətində düşünmədiyi Dieqo Karlosun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, müdafiəçi karyerasını "Komo"da davam etdirəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər artıq razılığa gəlib.
32 yaşlı futbolçu satınalma şərti ilə bir illik icarə əsasında “Komo”nun heyətində çıxış edəcək.
Qeyd edək ki, “Fənərbaxça” Dieqo Karlosu bu ilin yanvarında “Aston Villa”dan 11,4 milyon avroya transfer etmişdi.
- Saşa İliç: “Qarabağ”a qarşı uğurlu nəticə qazanmaq istəyirsinizsə…”
- “Sumqayıt”dan mövsümdə ilk transfer - RƏSMİ
- "Geri qayıtmağımla bağlı "Qarabağ"la söhbət oldu, amma bu baş vermədi" MÜSAHİBƏ
- "Qarabağ"da gözlənilməz ayrılıq - EKSKLÜZİV
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
0
0