Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2025-ci ilin rəmzi komandasını açıqlayıb.
Apasport.az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində keçirilən tədbirdə rəmzi komandaya aşağıdakı futbolçular daxil edilib:
Canluici Donnarumma (“Mançester Siti” / PSJ), Aşraf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nunu Mendeş (PSJ), Vitinya (PSJ), Pedri (“Barselona”), Koul Palmer (“Çelsi”), Cud Bellinqem (“Real”), Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).
Qeyd edək ki, daha əvvəl FİFA tərəfindən 2025-ci ilin ən yaxşı baş məşqçisi adına PSJ-ni çalışdıran ispan mütəxəssis Luiz Enrike layiq görülüb. Onun rəhbərliyi altında Paris təmsilçisi UEFA Çempionlar Liqasını, Fransa çempionatını, Fransa Kubokunu və Superkuboku qazanıb.

- Şahruddin: “İslandiyaya uduzandan sonra üzr istəmək belə utandırıcı idi”
- Mourinyonun dediyi oldu: "Cəhənnəmə xoş gəlmisiniz" - VİDEO
- "Bavariya"nın yarımmüdafiəçisi Premyer Liqaya qayıda bilər
- "Fənər"dən ayrıldı - Xorvatiya klubunda çıxış edəcək
- “İmişli” daha iki futbolçusu ilə yollarını ayırıb - RƏSMİ