Fransa millisinin üzvü “Milan” yolunda
06.06.2025 - 23:22
"Milan" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, rossonyerilər "Marsel”in yarımmüdafiəçisi Adrian Rabiotla yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, "Milan" 30 yaşlı oyunçu üçün 10 milyon avronu gözdən çıxarıb.
Rabiotun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "Marsel"in heyətində çıxış etdiyi 31 rəsmi matçda 10 qol, 6 assistlə yadda qalıb.
- Qurban Qurbanov: “Məğlub olmağımıza baxmayaraq…”
- Emin Mahmudov: “Ayxan Abbasovun millidə qalmasını istəyərəm”
- "Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK
- Güllə atıcılığı üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
0
0