Fransa millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
16.06.2025 - 22:22
Miloş Kerkezi “Liverpul”a satmağa hazırlaşan “Bornmut”, həmin mövqeyə yeni futbolçu transfer edib.
Apasport.az xəbər verir ki, komanda "Renn" forması geyinən 23 yaşlı Adrien Trufferti heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Tərəflər arasında razılaşmaya əsasən, Premyer Liqa təmsilçisi oyunçu üçün bonuslarla birgə 17 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Fransa millisinin üzvü geridə qalan mövsümdə komandası ilə çıxış etdiyi 35 rəsmi matçda 3 qol, 2 assistlə yadda qalıb.
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- “Qalatasaray”ın ÇL-dəki rəqibləri müəyyənləşib
- ABŞ millisinin üzvü “Atletiko”da - RƏSMİ
- Konfrans Liqası: “Başakşəhər” pley-offa vəsiqə qazanıb - YENİLƏNİB
- Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
0
0