Fransa millisinin üzvü PSV-də - RƏSMİ
17.07.2025 - 15:57
PSV hücum xəttini yeni transferlə gücləndirib.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi "Borussiya Münhenqladbax"ın 32 yaşlı hücumçusu Alassan Plea ilə anlaşıb.
Bu barədə PSV-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, PSV fransalı futbolçu üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alassan Plea Fransa millisində 1 rəsmi oyuna çıxıb. O, karyerası ərzində “Lion” və “Nitsa” klublarında da çıxış edib.
- “Qarabağ” "İmişli"ni məğlub edib - YENİLƏNİB
- “Fənər”in müdafiəçisi “Beşiktaş”la razılaşdı
- "Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir
- Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu
- Konfrans Liqası: "Başakşehir” və “Beşiktaş”dan qələbə - YENİLƏNİB
0
0