Fransalı forvard “Liverpul”un radarında
20.07.2025 - 10:55
Fransalı forvard “Liverpul”un radarında

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Liverpul” heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, mersisaydlılar “Ayntraxt”ın formasını geyinən Huqo Ekitikeni transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Premyer Liqa klubu 23 yaşlı forvardla razılıq əldə edib. Komanda bu transfer üçün “Ayntraxt”a 95 milyon avro ödəməyi planlaşdırır.

Transfer baş tutarsa, fransalı hücumçu “Liverpul”la 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ekitike ötən mövsüm “Ayntraxt”ın heyətində çıxdığı 48 rəsmi matçda 22 qol vurub və 12 qolun ötürməsini edib.