Fransalı hücumçu rəsmən “Fənərbaxça”da
02.02.2026 - 00:40
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Anje"dən Sidiki Şerifi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı fransalı forvard satınalma bəndi ilə birgə mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qola imza atıb.
- Gəncə futbolu üçün şad xəbər: İlqar Nadiri dövrü rəsmən başa çatdı
- Zaqreb Qran-Prisində cüdoçularımızın ilk rəqibləri bəlli olub
- "Benfika" "Qarabağ"ı darmadağın etdi - YENİLƏNİB
- “Siti” braziliyalını razı saldı - 6 illik müqavilə imzalandı
- Fərid Fərhadzadə: “IRONMAN 70.3 BAKU” əsl idman bayramına çevriləcək”
0
0