İngiltərə millisinin üzvü “Everton”dan ayrılacaq
30.06.2025 - 00:56
İngiltərə Premyer Liqası təmsilçilərindən “Everton”da ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, komandanın 9 ildir formasını geyinən Dominik Kalvert-Luin klubdan ayrılacaq.
Bu barədə futbolçunun özü açıqlama yayıb.
İngiltərə millisinin üzvü bu ayın sonunda başa çatan müqaviləsini yeniləməyəcəyini bildirib.
Qeyd edək ki, 28 yaşlı hücumçu “Everton”un heyətində indiyədək 273 oyunda çıxış edərək 71 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
- Füzuli Məmmədov: “Neftçi” mərhələni keçəcək potensiala malikdir”
- ÇL: Avropada “Qarabağ” nağılı” sona çatdı - YENİLƏNİB
- "Kəpəz" Yevlax səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu
- "Fənər" səfərdə məğlub oldu – Timberdən “İkardi” sevinci - VİDEO
0
0