"İnter"in forvardı "Olimpiakos"da - RƏSMİ
01.09.2025 - 13:23
"İnter"in hücumçusu Mehdi Taremi karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu "Olimpiakos"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, İran millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. "Olimpiakos" bu keçid üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib.
Qeyd edək ki, Mehdi Taremi ötən mövsüm "İnter"in heyətində çıxış etdiyi 43 rəsmi matçda 3 qol və 9 assistlə yadda qalıb.
- “Ayaks” baş məşqçisi ilə bağlı qərarını verdi - YOLLAR AYRILDI
- "Fənər" Livakoviçin əvəzedicisini tapdı - 7 milyon avro gözdən çıxarıldı
- Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”
- İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”
- Xavi La Liqada klubunu dəyişib - RƏSMİ
0
0