“İnter”in heyətində ciddi itki
13.01.2026 - 20:57
“İnter”in heyətində ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Napoli” ilə keçirilən oyunda (2:2) zədələnən 31 yaşlı türkiyəli futbolçunun sol baldır nahiyəsində zorlanma aşkar edildiyi bildirilib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində keçirdiyi 22 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- AFFA-nın “Neftçi” qorxusu: Sağlam rəqabət yox, cəza siyasəti
- Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- "Fənər" Kerem üçün "Benfika" ilə razılaşdı - YENİLƏNİB
- “Sabah” onunla bağlı qərarını verdi - KOMANDADA SAXLAYACAQ
0
0