İtaliya millisinin üzvü daha 5 il “Yuventus”da
24.07.2025 - 19:09
"Yuventus" Federiko Qattinin müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü ilə 5 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, "Yuventus" Federiko Qattini 2022-ci ilin yanvar ayında "Frozinone"dən transfer edib.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- “Neftçi” “Turan Tovuz”a məğlub oldu - YENİLƏNİB
- Premyer Liqa klubunun prezidenti istefa verib
- Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
- “Qalatasaray” Barışı buraxmaq istəmir - 5 milyon təklif edildi
0
0