Finlandiyanın “Haka” klubunun Valkeakoski şəhərindəki “Tehtaan kentta” stadionunda yanğın baş verib.
Apasport.az xəbər verir ki, hadisə nəticəsində bir tribuna və süni örtük ciddi zədələnib.
Polisin araşdırmasına görə, yanğın stadionun daxilindən törədilib və hadisə ilə bağlı üç azyaşlı müəyyən edilib. Onlardan biri yanğının başlanmasına səbəb olan əşyanı yandırdığını etiraf edib.
Yanğın, klubun Finlandiya Yüksək Liqası Veikkausliiqadan ikinci diviziona düşməsindən qısa müddət sonra baş verdiyi üçün polis bu istiqamətdə də araşdırma aparır.
Klubu rəhbərliyi dəyən zərərin xeyli böyük olduğunu bildirib.
Qeyd edək ki, 1934-cü ildə təsis olunmuş klub indiyədək 9 Finlandiya çempionluğu və 12 kubok qazanıb. Komandanın stadionu da 1934-cü ildə inşa edilib.
- Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək
- “Qarabağ” ilk transferini reallaşdırdı - EKSKLÜZİV
- Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- Reşford “Yunayted”ə qayıtdı - RƏSMİ