Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor”un qolkiperi Berke Özer yayda komandanı tərk edə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qapıçı ilə “Leypsiq” və “Aston Villa” yaxından maraqlanır.
Mənbənin məlumatına görə, hər iki komanda futbolçunu yaxından izləyir və mövsümün sonunda təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, Türkiyə millisinin üzvü daha əvvəl Belçikanın “Vesterlo” və Portuqaliyanın “Portimonense” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, sabiq "Fənərbaxça"lı bu mövsüm “Eyüpspor”un heyətində 29 rəsmi matça çıxıb və 30 qol buraxıb. O, bu qarşılaşmalardan 10-da qapısını toxunulmaz saxlamağı bacarıb.
- "Yunayted"dən 75 milyon avroluq transfer - RƏSMİ
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Saşa İliç: "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir”
- Mourinyo istədi, "Fənər" aldı - Şkriniar İstanbula gəlir
- Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib