Macarıstan millisinin üzvü “Liverpul”da
20.06.2025 - 17:58
"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez "Liverpul"a transfer olacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar transferin bütün şərtləri ilə bağlı razılığa gəliblər.
Mersisaydlılar "Bornmut"a oyunçu üçün 40 milyon avro ödəyəcək.
Artıq 21 futbolçunun özü ilə də razılıq əldə olunub.
Qeyd edək ki, Macarıstan millisinin üzvü ötən mövsüm "Bornmut"un heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- “Əl-Nəsr”dən darmadağın: Ronaldo akrobatik qolla səhnədə - VİDEO
- Mateuş Silva: “Qələbələr bizi arxayınlaşdırmamalıdır”
- İngiltərə qalib gəldi - TUXEL İLKƏ İMZA ATDI
- Vinisius “Real”dan ayrılır? - FRANSA TƏMSİLÇİSİ HƏRƏKƏTƏ KEÇDİ
0
0