Messi "Barselona" ilə matçda ZƏDƏLƏNİB
12.02.2026 - 10:58
“İnter Mayami”nin futbolçusu Lionel Messi zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin üzvü Ekvadorun “Barselona” komandası ilə keçirilən yoldaşlıq görüşündə (2:2) sol bud əzələsini gərdiyi üçün çərşənbə günü komandanın məşqində iştirak etməyib.
Bildirilib ki, 38 yaşlı futbolçunun zədəsi ciddi deyil. O, MLS-in açılış matçında “Los Anceles”ə qarşı meydana çıxa biləcək.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.
- İngiltərə Liqa Kuboku: “Çelsi” və “Liverpul” 1/16 finalda
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB
- “Mingəçevir”dən növbəti transfer - RƏSMİ
- "Liverpul"dan "Bayer"ə - RƏSMİ
0
0