Messidən yeni rekord - "İnter Mayami" 3 xala sevindi
10.07.2025 - 09:56
“İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Lionel messinin heyətində yer aldığı komanda səfərdə “Nyu İnqlend Revolyuşn”la qarşılaşıb.
“İnter Mayami” rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Ulduz futbolçu görüşə start heyətində başlayıb və komandasının hər iki qoluna imza atıb. 38 yaşlı hücumçu bununla ardıcıl dördüncü oyunda dubla imza ataraq MLS tarixində yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, “İnter Mayami” 18 oyundan sonra 35 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb.
- Sabiq “fənər”li I Liqa klubunda - RƏSMİ
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- "Sabah" - "Levski" - mətbuat konfransları və açıq məşqlərin vaxtları bəlli oldu
- Bahadur Həziyev: “Təmiz penaltimiz verilmədi”
0
0