"Milan"da CİDDİ İTKİ
15.09.2025 - 10:10

“Milan” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "rossonyerilər"in qapıçısı Mayk Menyan zədələnib.
Fransalı qolkiper A Seriyasının III turunda “Bolonya” ilə keçirilən oyunun (1:0) 54-cü dəqiqəsində xəsarət alaraq meydanı tərk edib.
Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Menyan indiyədək zədə səbəbindən “Milan”ın heyətində 54 rəsmi qarşılaşmanı buraxıb.
0
0