
"Benfika" ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində səfərdə "Nyukasl Yunayted"ə 0:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.
Portuqaliyalı mütəxəssis "Fənərbaxça"ya transfer olunan Kerem Aktürkoğlunun yoxluğunu hiss etdiklərini bildirib: "Həqiqətən sevdiyim, amma hazırda burada olmayan bir futbolçu var. Lakin bunun belə olmasının doğru olduğunu düşünürəm. Bu vəziyyət, əvvəlki klubumun Kerem Aktürkoğlu məsələsinə qarışmasına bənzəyir. "Benfika", müəyyən məbləğdə maaş alan bir futbolçunun evinə gedib həmin məbləğin beş qatını qazanmasının qarşısını ala bilmədi. Buna nəzarət etmək mümkün deyildi. Açığı, onun üçün çox darıxırıq".
Qeyd edək ki, “Benfika” geridə qalan üç turda hələ xal qazana bilməyib.