“Fənərbaxça”nın forvardı Yusif En-Nesri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Vest Hem” yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “çəkiclilər” futbolçu üçün “sarı-lacivərlilər”ə 40 milyon avro təklif etməyi planlaşdırır.
Xatırladaq ki, En-Nesri ötən ilin yayında “Sevilya”dan 19,5 milyon avroya “Fənərbaxça”ya transfer olunmuşdu.
Qeyd edək ki, Mərakeş millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 52 rəsmi matçda 30 qol vurub və 7 qol ötürməsi ilə yadda qalıb.
- “Neftçi TV” niyə lisenziyasını ləğv etdi?: Rüstəm Əfsərli açıqladı
- İBA prezidenti: “Azərbaycanlı boksçuya qarşı haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq” - VİDEO
- Benzema DÇ arzusunda
- “Qarabağ” İsveçdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb
- “Liverpul”un sabiq futbolçusu karyerasını baş vurdu