Premyer Liqa klubunun yeni baş məşqçisi məlum olub
09.09.2025 - 16:26
"Tottenhem"dən göndərilən Ange Postekoqlunun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 60 yaşlı mütəxəssis “Nottingem Forest”in yeni baş məşqçisi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı çalışdırıcı mövsümün sonuna qədər Premyer Liqa təmsilçisinə rəhbərlik edəcək.
Qeyd edək ki, “Nottingem Forest” son olaraq Nunu Eşpiritu Santu ilə yollarını ayırmışdı.
- Elvin Yunuszadə: “Karvan”a keçidim ən doğru qərardır"
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- "Siti"nin futbolçusu İngiltərədə klubunu dəyişə bilər
- “Neftçi”nin üçüncü yoxlama oyununun vaxtı bəlli olub
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
0
0