Premyer Liqadan Bundesliqaya - RƏSMİ
30.08.2025 - 13:58
"Borussiya Dortmund" növbəti transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Vulverhempton"dan Fabio Silvanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22,5 milyon avro ödəyib.
Qeyd edək ki, Silva "Vulverhempton"a 2020-ci ildə "Portu"dan 40 milyon avro qarşılığında transfer olmuşdu.
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- Birinci Liqa: "Qəbələ" və "Mingəçevir"dən qələbə - YENİLƏNİB
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB
- Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
- Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal
0
0