Bu mövsüm Çempionlar Liqasının qalibi olan PSJ heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, komanda "Bornmut"da çıxış edən İlya Zabarnini transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.
Paris klubunun idman direktoru Luis Okampus futbolçunu uzun müddətdir izləyir.
Xatırladaq ki, 22 yaşlı müdafiəçi "Bornmut"a 2023-cü ildə Ukraynanın "Dinamo" klubundan 22,7 milyon avro qarşılığında transfer olunub.
Ukrayna millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 39 rəsmi matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun komanda ilə müqaviləsi 2029-cu ildə başa çatacaq.
- “Araz-Naxçıvan” azarkeşlərinin avrokubok sevinci - FOTO+VİDEO
- Şahruddin: “Millinin heyətində 3-4 nəfər öz komandasında daimi oynayır”
- Mourinyonun dediyi oldu: "Cəhənnəmə xoş gəlmisiniz" - VİDEO
- Qurban Qurbanov: “Bazarda hazır oyunçu tapmaq çətindir”
- Şahin Diniyev: “Benfika” köklü komandadır, amma “Qarabağ” püxtələşib”