“Qalatasaray”dan ayrıldı - SABİQ KLUBUNA GERİ QAYITDI
05.02.2026 - 14:28
"Qalatasaray"dan ayrılan Yusuf Demirin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, avstriyalı yarımmüdafiəçi sabiq komandası "Rapid"ə geri qayıdıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yusuf Demir "Rapid"in yetirməsidir.
0
0