“Qalatasaray”dan “Puma”ya REST
03.08.2025 - 10:35
Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray” forma sponsoru “Puma” ilə yeni maliyyə razılaşması əldə etməyə çalışır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “sarı-qırmızılılar” mövcud müqavilədən əlavə, “Puma”dan illik 5 milyon avro daha artıq gəlir əldə etmək niyyətindədir. Lakin “Puma” müqavilə şərtlərinə sadiq qalınmasını tələb edir.
“Qalatasaray” rəhbərliyi isə bildirib: “Müqavilə imzalanan vaxtdakı komanda ilə indiki heyət eyni səviyyədə deyil”.
Hazırda hər iki tərəf arasında danışıqlar davam edir.
- İngiltərəli futbolçu Premyer Liqada klubunu dəyişə bilər
- Fransa millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
- Afrika Millətlər Kuboku: Fildişi Sahili Mozambiki, Kamerun Qabonu üstələyib
- Braziliyalı yarımmüdafiəçi “Qarabağ” yolunda – Danışıqlara start verildi
- Tedesko: “Buraxdığımız qollar qəbuledilməzdir”
0
0