“Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək
04.12.2025 - 21:48
"Qalatasaray"ın Ademola Lukman israrı davam edir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Atalanta” ilə anlaşmazlıqlar yaşayan hücumçu üçün təklif hazırlayıb.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbəyə görə, “sarı-qırmızılılar” 28 yaşlı forvard üçün klubuna 50 milyon avro, oyunçunun özünə isə illik 6 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisi ilə çıxış etdiyi 13 rəsmi matçda 3 qol və 1 assistlə yadda qalıb.
- Mübariz İbrahimov: “Beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edəcəyik”
- “Yunyated” “Liverpul”u məğlub etdi - 9 il sonra ilk dəfə
- Premyer Liqa: “Yunayted” və “Liverpul” turu qələbə ilə tamamlayıb
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- Millimiz FİFA sıralamasında geriləyib
0
0