Qarnaço “Çelsi”də - RƏSMİ
30.08.2025 - 22:56
"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "zadəganlar" "Mançester Yunayted"də çıxış edən Alexandro Qarnaçonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 21 yaşlı forvardla 7 illik müqavilə imzalanıb. "Çelsi" bu keçid üçün qarşı tərəfə 46,2 milyon avro ödəyib.
Qeyd edək ki, Argentina millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxış etdiyi 58 rəsmi matçda 11 qol və 10 assistlə yadda qalıb.
- AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb
- Erməni futbolçu üçün irqçilik iddiası: Böyük cəza gözləyir - VİDEO
- AVF rəsmisi Çempionlar Liqası matçına təyinat alıb
- "Qalatasaray"dan növbəti bomba: Danışıqlar üçün İstanbula gəlir
- Samir Abasov: “Neftçi”yə irad tutulan ruhu geri qaytarmışıq”
0
0