"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "zadəganlar" "Borussiya Dortmund"un futbolçusu Ceymi Qittensi heyətinə cəlb edib.
Bundesliqa təmsilçisinin mətbuat xidmətinin yaydığı açıqlamaya əsasən, 20 yaşlı vinger FİFA Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra Premyer Liqa klubuna qoşulacaq.
"Çelsi" bu transfer üçün "Dortmund"a 55 milyon funt sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, Ceymi Qittens 2020-ci ildən Almaniya klubunun şərəfini qoruyur. O, bu komandada çıxış etdiyi 107 rəsmi oyunda 17 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- "Turan Tovuz"da yeni müqavilə
- Kristiano Ronaldo: “2026 dünya çempionatı son turnirim olacaq”
- Braziliyalı yarımmüdafiəçi “Qarabağ” yolunda – Danışıqlara start verildi
- Berke Özerdən daha bir rekord - AVROLİQA TARİXİNDƏ İLK