“Real”da ciddi itki - 2 ay oynamayacaq
04.12.2025 - 20:22
Atletik”lə matçda (3:0) zədələnərək meydanı tərk edən “Real Madrid”in futbolçusu Trent Aleksandr-Arnoldun durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının ön dördbaşlı əzələsində zədə aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Trent bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qarabağ" - "Şkendiya" matçına satılan biletlərin sayı açıqlanıb
- “Araz-Naxçıvan” “Alanyaspor”la heç-heçə edib - YENİLƏNİB
- "Fənər"in futbolçusu Super Liqa klubunun radarında
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Samir Abasov: “Neftçi”yə irad tutulan ruhu geri qaytarmışıq”
0
0