"Real"ın futbolçusu La Liqada komandasını dəyişə bilər
16.09.2025 - 12:34
“Real Madrid”in “Palmeyras”dan böyük ümidlərlə transfer etdiyi Endrik La Liqada komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, 19 yaşlı forvardla “Selta” yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Selta” braziliyalı hücumçunu qış fasiləsində icarəyə götürməyi planlaşdırır.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonsonun planlarında yer almayan futbolçu da bu komandadan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, Endrik bu mövsüm “Real”ın heyətində hələ rəsmi oyuna çıxmayıb.
- “Beşiktaş”ın futbolçusu Super Liqada klubunu dəyişə bilər
- “Liverpul” Sörlot uğrunda “Fənərbaxça” ilə rəqabətə girir
- “Ayntraxt” - “Reyncers”: Zədəlilər bəlli oldu – Təxmini “11-lik”
- "Araz" onun da biletini kəsdi - Ya satılacaq, ya da icarəyə göndəriləcək
- Yeqor Xvalko: “Kəpəz”də problem baş məşqçidə deyil”
0
0