“Roma”dan “İnter”ə - RƏSMİ
24.06.2025 - 20:58
“İnter” “Roma”dan icarəyə götürdüyü Nikola Zalevskini birdəfəlik transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “İnter” Polşa millisinin üzvü üçün “Roma” klubuna 6,3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Zalevski 2025-ci il fevralın 1-də “İnter”ə icarəyə verilmişdi. O, ötən mövsüm Milan təmsilçisinin heyətində 17 oyunda iştirak edib.
- İslamiada: Olimpiya çempionumuz yarımfinalda
- “Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"
- “İmişli”nin müdafiəçisi: “Nəticələrdən 100 faiz razı deyiləm”
- Güllə atıcılığı üzrə ölkə çempionatına yekun vurulub - FOTO
0
0