"Roma"nın hücumçusu Super Liqada - RƏSMİ
11.07.2025 - 11:41
Türkiyə Super Liqası təmsilçisi "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul klubu "Roma"dan Eldor Şomurodovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əldə olunan razılaşmaya əsasən, özbəkistanlı forvard bir illik icarə əsasında "Başakşəhər"in formasını geyinəcək.
Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm "Roma"nın heyətində 37 rəsmi oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Boksçularımız Avropa birinciliyini 13 medalla başa vurub - FOTO
- Messi Hindistandakı heykəlinin açılışında iştirak edəcək
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- İranlı forvard “Şəfa”nı tərk etdi - ÖZƏL
0
0