Ronaldinyo iflas olub
22.11.2023 - 23:44
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo iflas olub.
Apasport.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın sabiq yarımmüdafiəçisi maddi problemlər yaşayır və onun xeyli miqdarda borcu var.
Braziliya vergi idarəsi ulduz futbolçunun bank hesablarını yoxlayıb. Lakin hesablarda pul olmayıb. Bundan sonra aidiyyatı qurumlar Ronaldinyonun iki mülkünü müsadirə edib.
Qeyd edək ki, Ronaldinyo 2020-ci ildə Paraqvaya saxta pasportla getdiyi üçün orada bir müddət həbsdə qalmışdı.
- Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- "Qarabağ"ın ÇL-dən əldə etdiyi gəlir bəlli olub
- Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
- Fransa millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
0
0